Kanada İrana qarşı sanksiyaları ləğv edərək Tehranda səfirlik açacaq 27 Yanvar 2016 02:00 Dünya Kanada hökuməti İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək və Tehranda səfirlik açmaq niyyətindədir. Bu barədə Kanada XİN rəhbəri Stefan Dion bildirib. Onun sözlərinə görə, sanksiyalar tədricən, müttəfiqlərlə razılaşdırılaraq aradan qaldırılacaq. Bundan başqa, nazir rəsmi Ottavanın Tehranda səfirlik açmaq niyyətində olduğunu da qeyd edib, lakin bu prosesin tarixini dəqiqləşdirməyib. Qeyd edək ki, Kanada 2012-ci ildə Tehrandakı səfirliyini bağlayaraq iranlı diplomatları Ottavadan çıxarıb. Kanada İrana qarşı sanksiyaları 2010-cu ildə tətbiq edib. Teqlər : #Kanada İrana qarşı sanksiyaları ləğv edərək Tehranda səfirlik açacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran yenidən dəniz təlimlərinə başlayır İsrailin casus quşu Livanda tora düşüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO