İran yenidən dəniz təlimlərinə başlayır

İran Hərbi Dəniz Qüvvələri yanvarın 27-də "Velayət-94" adı altında təlimlərə başlayacaq.
Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi təlim Hörmüz boğazında, Oman dənizində və Hind okeanında keçiriləcək.
Məlumata görə, təlimlərdə raket daşıyan, nəqliyyat gəmiləri, xilasedici birliklər və s. iştirak edəcək.

Google+ WhatsApp ok.ru