Kanada tarixində ilk müsəlman nazir

Əfqanıstandan mühacirət edən Məryəm Monsef Demokratik Qurumlarla iş Üzrə Dövlət Nazirliyi vəzifəsinə gətirilib

Kanadada yeni hökumət and içərək vəzifəyə başladı. Ölkədə 19 oktyabrda keçirilən federal seçkilərdən təkbaşına iqtidar olaraq çıxan Liberal Partiya, 9 il davam edən Harper dövrünə son qoydu. 
 
Maide.az xəbər verir ki, Kabinetdə ilk dəfə müsəlman bir nazir də yer alıb. Əfqanıstandan mühacirət edən Məryəm Monsef Demokratik Qurumlarla iş Üzrə Dövlət Nazirliyi vəzifəsinə gətirilib.
 
Qeyd edək ki, Baş Qubernator David Conston tərəfindən qəbul edilən Liberal Partiya lideri Justin Trudeau Kanadanın 23-cu Baş Naziri kimi Rideau Hallda kabineti ilə birgə and içib və vəzifəsinə başlayıb.
 
Andiçmə mərasimi münasibətilə Rideau Hall ilk dəfə xalqa açılıb. Beləliklə, ilk dəfə bir hökumətin andiçmə mərasimində Kanada xalqı da iştirak etmiş oldu.

Google+ WhatsApp ok.ru