Karantinə ‘qınaqlar’

Karantinə ‘qınaqlar’

"Yeniavaz.com" iyulun 17-də Azərbaycanda ümumi karantin müddətinin və sərtləşdirilmiş karantin müddətinin uzadılmasına dair "Nə maddi, nə də mənəvi gücümüz qalmayıb evdə oturmağa - Karantinin uzadılmasına etiraz" sərlövhəli məqalə dərc edib.
 
Müəllif deyir ki, iyulun 17-də Prezidentin köməkçisi Şahmar Mövsümov AzTV efirindən karantinin daha iki həftə uzadıldığını elan edib.
 
Müəllif əlavə edir ki, cəmiyyətdən bu qərara etirazlar da gəlib və etirazlar cəmiyyətin müxtəlif təbəqələri arasında eşidilir.
 
Müəllif vurğulayır ki, karantin müddətinin uzadılmasına dair Prezidentin köməkçisinin açıqlamasından sonra insanlar sosial şəbəkələrdə etirazlarını bildiriblər.
 
Etiraz edənlər karantin rejiminin uzadılmasına hazır olmadıqlarını bildirirlər: "Nə maddi, nə də mənəvi gücümüz qalmayıb evdə oturmağa. 4-5 ayda heç bir irəliləyiş göstərməyən bu qərarların təkrar tətbiq edilməsinə etiraz edirik. İnsanlar aclıq, səfalətdən əziyyət çəkir, başqa xəstəliyi olanlar müalicə ala bilmədiyi üçün ölür, "artıq dolana bilmirik", deyib intihara təşəbbüs edənlər var. Orta və aşağı təbəqənin səsinin eşidilməsini tələb edirik", deyə etiraz müəllifləri vurğulayırlar. 
Eyni zamanda, bəzi etirazçılar yumşaldılmalara gedilməsini vacib sayırlar və onlara görə əhalinin ovqatı nəzərə alınmalı, müəyyən yumşalmalara gedilməlidr. Səbri, maddi imkanı tükənən insanlara həssaslıq göstərmək lazımdır.
 
Açıq görünür ki, adamlar yorulub, nəfəs almaq istəyir.
 
Bəziləri isə bəyan edirlər ki, "məqsəd hamını işsiz qoyub, evində acından öldürməkdirsə, bu başqa məsələ. Yox əgər xalqı düşünürsünüzsə, karantin bitməlidir".
 

Google+ WhatsApp ok.ru