Karasin: `Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun` 17 May 2017 01:00 Dünya "Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun". APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, Rusiya Xəzər dənizi ölkələri ilə əməkdaşlığı ən vacib məsələlərdən biri hesab edir: “Rusiya hazırda bunu həyata keçirir. Çünki Xəzər qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olmalıdır. Biz yaxşı anlayırıq ki, dünyada hazırda dinclik hökm sürmür, qeyri-müəyyənliklər meydana çıxır. Xəzər dənizi müsbət nümunə olmalıdır. Bunun üçün bütün lazımi şərait var. Biz Xəzəryanı ölkələrə çətin problemlərin həlli üçün regionda birləşməyin mümkünlüyünü göstərmək istəyirik. Belə problemlər isə mövcuddur. Buraya ekologiya, təhlükəsizliyə təhdid və fövqəladə vəziyyətlər daxildir”. / Teqlər : #Karasin: `Rusiya çalışır ki,#Xəzər dənizi qarşıdurma deyil,#əməkdaşlıq üçün nümunə olsun`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST: Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür Qərb Yaxın Şərqi talayıb, əvəzini bizə ödətdirir - Polşa
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO