ÜST: Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür

ÜST: Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür

Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür. İl ərzində bu rəqəm 1,2 milyona çatır.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində deyilir.
 
Məruzə müəlliflərin qənaətinə görə, səhiyyə xidmətləri, təhsil və sosial dəstək lazımi səviyyədə olsa idi, ölüm hallarının qarşısını almaq olardı. Ölüm hallarının 2/3 hissəsi Afrika və cənub-şərq Asiya ölkələrinin payına düşür.
 
2015-ci ildə yol-nəqliyyat hadisələrində 10-19 yaş arasında olan 115 min yeniyetmə ölüb. Onların əksəriyyəti oğlan uşaqlarıdır. 10-14 yaş arasında olan qızların əsas ölüm səbəbləri isə aşağı tənəffüz yollarının infeksiyaya yoluxmasıdır. Buna səbəb çirkli yanacaq növlərindən istifadəsindən mənzillərdə havanın çirklənməsi və nəticə etibarı ilə yeniyetmələrdə pnevmoniyanın yaranmasıdır. 15-19 yaşlı qızlarda isə hamiləlik vaxtı yaşanan çətinliklər, ağır keçən doğuş və abortun fəsadları yeniyetmələrin ölümünə gətirib çıxarır.
 
ÜST mütəxəssislərinin qənaətinə görə, yeniyetmələr daha çox intiharlara meyllidir. 2015-ci ildə 67 min yeniyetmə intihar edib. Bir çox hallarda narkotikdən asılı olan və psixoloji sarsıntıdan əziyyət çəkən yeniyetmələr lazımı yardım almadıqları üçün intihara əl atır. (apa) /

Google+ WhatsApp ok.ru