Kataloniyanın müstəqilliyi tərəfdarları etiraz edir

Minlərlə Kataloniyanın müstəqilliyi tərəfdarları İspaniya Konstitusiya Məhkəməsinin noyabrda nəzərdə tutulan müstəqillik haqqında referendumun dayandırılması qərarına qarşı etiraz aksiyalarına qatılıblar.
 
Maide.az-ın məlumatına görə, təxminən beş min nəfər Barselonanın mərkəzində etiraz aksiyasına toplaşıb. Etiraz aksiyaları həmçinin İspaniyanın şimal-şərqindəki digər şəhərlərində keçir. Daha əvvəl İspaniya hökuməti Kataloniyada referendum keçirmək haqqında qanunun İspaniya konstitusiyasına uyğun olmadığını tanımaq tələbilə məhkəməyə müraciət edib.
 
Konstitusiya Məhkəməsi hökumətin vəsatətlərini qəbul edib. Bu, Kataloniyada referendum keçirmək və sorğular haqqında qanunların avtomatik olaraq dayandırılması deməkdir.
 
Qanunların gücü beş ay müddətinə dondurulub. Bu dövrdə ərzində Konstitusiya Məhkəməsi qərar qəbul etməsə, bu müddət uzadıla bilər.
 
Kataloniya rəhbərliyi reklam kampaniyasına xitam verdiyini bəyan edib, lakin məhkəmə qərarının ləğv edilməsinə nail olmaq niyyətindədir.
 
Barselonada etirazlar nüfuzlu Kataloniya Milli Assambleyası təşkilatı tərəfindən təşkil olunub.
 
7, 5 milyon Kataloniya əhalisi İspaniya əhalisinin təxminən 16 faizini təşkil edir. Kataloniya, ölkənin ən zəngin və sənaye inkişaflı bölgələrindən biridir.

Google+ WhatsApp ok.ru