Səudiyyə Ərəbistanda qayda pozuntusuna görə 3 min zəvvar saxlanılıb

Həcc mövsümü başladığı gündən indiyədək Səudiyyə Ərəbistanının hüquq mühafizə orqanları tərəfindən ölkə ərazisində qayda pozuntusuna görə 3 min zəvvar saxlanılıb.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanın hüquq-mühafizəçiləri tərəfindən Həcc ziyarətini yerinə yetirmək üçün icazəsi olmayan 3 min insan saxlanılıb. Həmçin belə qayda pozuntulu sərnişinləri daşayan  150-dən artıq zəvvar avtobusu geri qaytarılıb.

Məlumata əsasən, Məkkə şəhəri yolunda qayda pozuntularını, Həcc səfərinə icazəsi olmayan insaları və nəqliyyat vasitələrini qeydə alan 35 nəzarət məntəqəsi fəaliyyət göstərir. Səudiyyə təhlükəsizlik qüvvələri Həcc ziyarətini yerinə yetirmək üçün icazəsi olmayan insanları Məkkə şəhərinə buraxmır.

Həcc mərasimini yerinə yetirmək üçün dünyanın hər yerindən artıq 1,2 milyondan çox müsəlman Səudiyyəyə Ərəbistanına səfər edib. //

 

Google+ WhatsApp ok.ru