Kazanda `hər evə Quran` adlı aksiyaya start verilib

Dekabrıb 1-dən 31-dək Kazan İslam Universiteti "hər evə Quran" adlı unikal aksiyaya başlayıb. Maide.az xəbər verir layihənin mətbuat açıqlamasında belə deyilir: "Siz evinizdə tez-tez təmizlik işləri görürsüz? Bəs mənəvi təmizlik? Evinizi cin və şeytandan da təmizləyin. Evinizi Allahın lütfü və mərhəməti ilə doldurun. Quran oxunan yerdə sakitlik, hüzur olur."

Kampaniya təşkilatçıları müsəlmanlara evlərini təkcə zahiri təmizlik yox, mənəvi cəhətdən də təmiz saxlamağı tövsiyə edirlər. Fəal gənclər ev sahiblərinin dinə aid suallarını cavablandırmağa, onlara Qurandan müəyyən surə oxuyacaqlarına söz veriblər. Quran hədiyyələri və bu xidmət tamamilə pulsuzdur.//

Google+ WhatsApp ok.ru