KİV-lər arasında Peyğəmbərə (s) həsr olunmuş müsabiqə keçiriləcək

Allahın elçisi Məhəmməd Peyğəmbərə (s) həsr olunmuş Birinci Ümumrusiya Jurnalistlər müsabiqısi elan olunub.

Maide.az xəbər verir ki, tədbirin təşkilatçıları Rusiya Müftilər Şurasının sosial və xeyriyyə, mənəvi və təhsil fəaliyyəti şöbəsi,  Dövlət Duması və Moskva şəhər hakimiyyəti ilə RİA "Region Online" agentliyinin birgə dəstəyi ilə Moskva Müsəlmanlar Ruhanilər Forumudur.

Müsabiqəyə 2014-cü il dekabrın 5-dən 2015-ci il yanvarın 15-dək dərc olunmuş işlər qəbul olunur. Müsabiqədə professional regional və federal KİV-in jurnalistləri, müstəqil müxbirlər, bloggerlər və internet yazarları iştirak edə bilərlər.

Qeyd edək ki, münsiflər bu nominasiyalarda ən yaxşı işləri qiymətləndirəcəklər: çap mətbuatı, radio və televiziya, internet KİV, sosial media-resursları.

Google+ WhatsApp ok.ru