Kazımeynə raket atan batareya məhv edilib

Maide.az xəbər verir ki, İraq Müdafiə Nazirliyinin yaydığı açıqlamada İraq ordu hissələri könüllülərinin köməyi ilə 43 İŞİD terrorçusu Bağdadın müxtəlif rayonlarında öldürülüblər.
 
İraq Müdafiə Nazirliyi həmçinin 13 evə qoyulmuş bombanı  da zərərsizləşdirib. 
 
Həmçinin İmam Museyi Kazım (ə) və İmam Məhəmməd Təqinin (ə) hərəmlərinin yerləşdiyi Kazimeynə "Qrad" raketi atan batareyanın da məhv edildiyini açıqlayan Nazirlik, silah daşıyan 3 avtomobili də məhv edib.
 
İndiyə qədər bu batareyadan onlarca raketin Kazımeynə atılmasın baxmayaraq, yeri müəyyən edilməmişdi.
 
Bağdadın "Səbul Bura" bölgəsində 24 İŞİD terrorçusunun öldürüldüyünü açıqlayan İraq Müdafiə Nazirliyi İŞİD-in bölgə hakimi Məhəmməd Cəmilin də öldürülənlər arasında olduğunu bildirib.

Google+ WhatsApp ok.ru