Səudiyyə Ərəbistan kralı öldü

Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əbdül Əziz 90 yaşında dünyasını dəyişib.
Maide.az xəbər verir ki, varis 70 yaşlı şahzadə Salman ibn Əbdül Əziz Səudiyyə Ərəbistanının yeni kralı olacaq. Əmir Moqren ibn Əbdül Əziz vəliəhd seçilib. 
Səudiyyə Ərəbistan televiziyası bu gün səhər yerli vaxtla 01:00 radələrində öz həmişəki verlişlərini kəsərək Quran tilavəti yayımlayıb və kralın ölüm xəbərini elan edib. 
 
"Əl Ərəbiyyə" telekenalı xəbər verir ki, kral yanvarın əvvəlindən müalicə olunduğu xəstəxanada vəfat edib. Yaxın vaxtlarda monarxın vəfatı ilə bağlı rəsmi bəyanat gözlənilir./

Google+ WhatsApp ok.ru