Kazımeynde qanlı terror: 9 ölü, 33 yaralı

Bağdad polisinin məlumatına görə, bu gün səhər intiharçı terrorist Kazımeyn şəhərində özünü partladıb. Qanlı aksiya nəticəsində 9 nəfər dünyasını dəyişib, və 33 nəfər isə yaralanıb.
 
Maide.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, belinə bomba bağlayam terrorçu bu gün səhər özünü ictimaiyyət arasında partladıb. Partlayışdan dərhal sonra hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşını gəlib, yaralılar sürətli şəkildə xəstəxanalara aparılıb.
 
Başqa mənbə tərəfindən verilən açıqlamada isə Bağdadın şimalında Məscidi Nur yaxınlığında bir nəfərin üzərindəki bombanı partlatması nəticəsində iki nəfərin öldüyünü və 6 nəfərin də yaralandığı qeyd edilib.
 
Qeyd edək ki, iki həftə əvvəl Kazımeyn şəhərində qismən təhlükəsizliyin təmin edilməsi ilə ziyarətçilərin İmam Museyi Kazim (ə) və İmam Cavadın (ə) hərəmini ziyarət etmək üçün şəhərə girişləri artmışdı.

Google+ WhatsApp ok.ru