Keçmiş vəliəhd şahzadənin həbsi və əl-Səud ailəsində ciddi çəkişmələr...

Keçmiş vəliəhd şahzadənin həbsi və əl-Səud ailəsində ciddi çəkişmələr...

Bu yaxınlarda vəliəhd şahzadə adından məhrum olan  Muhəmməd bin Naifin Qırmızı dənizdə Ciddə şəhərinin sahilindəki sarayında məhbus kimi yaşadığı məlum olub.
 
Bu barədə "The New York Times" kral ailəsinə yaxın olan keçmiş amerika və səud  məmurlarına istinadla xəbər verib. Bildirilir ki, bu məhdudiyyətin nə qədər davam edəcəyi bəlli deyil.
 
Bu tədbirlər 87 yaşlı Səudiyyə kralı Salmanın şahzadə bin Naifi varis titulundan məhrum etməsindən və onun yerinə özünün 31 yaşlı oğlu Məhəmməd bin Salmanı vəliəhd təyin etməsindən bir neçə gün sonra görülüb. 
 
Böyük şahzadəni həmçinin 33 yaşlı qardaşı oğlu da daxili işlər naziri vəzifəsindən devirib.
 
Xəstə monarxın bu fərmanları taxt-tac varisliyi xəttini pozub, bu da əl-Səud ailəsində münaqişələr və gərginliklərlə nəticələnib.
 
Bu dəyişikliklərə qədər Səudiyyə Ərəbistanında krallıq atadan oğula keçmirdi: 1932-ci ildə krallığın əsası qoyulandan sonra İbn Səud ilk kral olub, lakin ondan sonrakı dövrlərdə də tac onun oğlanlarının başına qoyulub - krallıq qardaşdan qardaşa keçib.
 
Kral ailəsinə yaxın mənbədən bildirilib ki, yeni məhdudiyyətlər Məhəmməd bin Salmanın titulunun artmasından sonra həyata keçirilib.
 
Kral ailəsinin üzvləri bin Salmanın taxta oturmasının əleyhinədir.
 
Böyük şahzadəyə qarşı məhdudiyyətlər şaxələnmiş kral ailəsinin bəzi üzvləri tərəfindən narahatlıqla qarşılanıb, onun açıq çıxışları isə mənfi əhval-ruhiyyəni daha da gərginləşdirir.
 
Varis şahzadə Məhəmməd həmçinin krallığın Müdafiə naziridir və Səudiyyə Ərəbistanının qonşu Yəmənə qarşı hərbi təcavüzündə məsuldur. Bununla belə,Yəmən sakinlərinin ağır iztirablarına rəğmən, Səud rejimi  hər hansı hərbi və siyasi nailliyyətə nail ola bilmir.
 
O, həmçinin Səudiyyə Ərəbistanının  Suriyaya qarşı dağıdıcı siyasətinin arxasında durur. Bundan başqa Bin Salman daha iki yeni cəbhə açıb: Biri Qətərə, digəri İrana qarşı.
 
Gənc şahzadə tərəfindən aparılan belə provokasiyalı siyasət kral ailəsinin bir çox üzvləri tərəfindən narazılıqla qarşılanır.
 
Belə ehtimallar var ki, Kral Salman sadəlövh və təcrübəsiz bin Salmanın taxtda oturacağına əmin olmaq üçün öz oğlunun xeyrinə taxtdan imtina edəcək. 
 
Ancaq Bin Salmanın atasının sağlığında hakimiyyət başına keçməsi isə real görünmür: əl-Səud klanının qəddar və ambisiyalı üzvləri bununla barışmaz. Hər halda yaş da burda öz sözünü deyir.
 
Gərginlik artır və əl-Saud evində müxtəlif rəqib qruplar bir-birlərinin boğazını üzmək üçün ehtimal ki, xəstə kral Salmanın qəbrə qoyulmasını gözləyir.
 
Belə görünür ki, Bin Salman hakimiyyətə gələrsə, Səudiyyə Ərəbistanının çoxlu qurbanlarla nəticələnəcək daxili müharibə və səud sülaləsinin qaçılmaz süqutu gözləyir. (faktxeber) /

Google+ WhatsApp ok.ru