Keniyada fil italiyalı turisti öldürüb

Keniyada fil italiyalı turisti öldürüb

 
Hadisə heyvanın şəklini çəkərkən baş verib
 
Keniya sahillərində italiyalı turist vəhşi filin ona hücum etməsi nəticəsində həyatını itirib.
 
Bu barədə "Associated Press" məlumat yayıb.
 
Fili naxırda görən 66 yaşlı turist, yaxına gedərək heyvanın şəklini çəkmək istəyib və bununla da onun hücum etməsinə səbəb olub. Sol ayağından ciddi zədə alan turist keçinib.
 
O, Keniyaya həyat yoldaşı ilə gedib və onlar bu ölkədə gələn ayın sonuna qədər qalmağı planlaşdırırmışlar. (report) /

Google+ WhatsApp ok.ru