Tailand müsəlmanları daşıyan bərə batdı: 15 nəfər həlak olub - FOTO

Tailand müsəlmanları daşıyan bərə batdı: 15 nəfər həlak olub - FOTO

Tailandın Ayutthaya şəhərində qurban bayramından qayıdan müsəlmanların olduğu bərə batıb.
 
Maide.Az "bangkokpost" - a istinadən xəbər verir ki, həddən artıq yüklənən bərə sahilə çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində  15 nəfər ölüb, 46 nəfər yaralanıb, onlardan 10 nəfərinin vəziyyəti ağırdır. 
 
Qəzada dünyasın dəyişənlərin 6-sı qadın, 6-sı kişi olub.  Ölənlərdən biri isə uşaqdır.Digər iki qurban haqda ətraflı məlumat yoxdur.  10 nəfər itgin düşüb ki, onların axtarışları aparılır. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru