Keniya qırıcıları əl-Şəbab düşərgələrinə hücum ediblər

Maide.az xəbər verir ki, Keniya qırıcıları dünən Əl-Qaidənin tabeliyində olan əl-Şəbab qruplaşmasının Somalinin şimalındakı düşərgələrini hücuma məruz qoyublar.
 
Keniya ordusunun sözçüsü Devid Oboniyo deyib ki, Gedo məntəqəsində əl-Şəbab qruplaşmasının iki düşərgəsini bombalayaraq məhv ediblər. 
 
Xatırladaq ki, ötən cümə axşamı günü əl-Şəbab döyüşçüləri Somali sərhədinin 150 kilometrliyində yerləşən Qarsiya məntəqəsindəki bir universitetə qarşı ölümcül hücum həyata keçrmişdilər. Bu hücumda təqribən 150 girov həyatını itirmişdi. 
 
Somalinin qonşuluğunda yerləşən Keniyanın şərq və şimal məntəqələri son illərdə Əl-Qaidənin tabeliyində olan əl-Şəbab qruplaşması terrorçularının hücum və partlayışlarına səhnə olub.
 
Keniya hazırda Somalinin cənubunda üç mindən çox əsgər yerləşdirərək, əl-Şəbab qruplaşması ilə mübarizə aparır.

Google+ WhatsApp ok.ru