Köhnə narkotik satıcısı olan İŞİD komandiri

Maide.az xəbər verir ki, "Daily Telegraph"da yer alan İŞİD terror təşkilatının Suriyadakı komandirlərindən Səddam Camalla əlaqədar məqalədə Camalın keçmiş narkotik satıcısı olduğu, bir müddət Azad Suriya Ordusu daxilində yer aldığı, daha sonra İŞİD-ə beyət edərək, bir çox vətəndaşı öldürdüyü bildirilir.
 
Qəzet Camalın mühafizəçisi olduqdan sonra bu vəzifəsindən qaçaraq ayrılan Əbu Abdullah adlı şəxslə reportaj hazırlayıb.
 
Qəzetin müxbiri Ruth Shelock bu xəbərini Türkiyənin  Qaziantəp vilayətindən hazırlayıb. Abdullah reportajda bir müddət yanında olduğu Səddam Camalla əlaqədar məlumatlar verib. O bildirib ki, "Camal əvvəllər narkotik satıcısı idi. Daha sonra Azad Suriya Ordusuna qatıldı. Son olaraq da İŞİD daxilində bir çox vətəndaşı qətlə yetirdi. Ana, atalarının gözü qarşısında uşaqların başlarını kəsdi. Hazırda İŞİD-in Suriyanın şərqindəki hərbi işlərindən məsul komandir müavini olan Camal keçən ilə qədər Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbli müttəfiqlərdən pul və silah alan üsyançı qrupları koordinasiya edən Hərbi Şuranın lideri idi. Ancaq liderliyini etdiyi "Liwa Allah Akbar" qrupu keçən il İŞİD-dən ayrılan və Qərbin dəstəklədiyi "Ahfad əl-Rəsul" təşkilatının bir qolu idi. İŞİD bu təşkilatın İraq sərhədindəki Der Zorda olan qərargahını basdı və qrupu dağıtdı. İŞİD Camalın evini partlatdı, qardaşlarından birini öldürdü. Başqa bir qardaşını da əvvəl əsir götürüb sonra öldürdü. Bundan sonra Camal ortadan itdi. Keçən il noyabr ayında isə Camal bir videoda yenidən ortaya çıxdı. Videoda Camal İŞİDə beyət etdiyini bildirdi. Şaitat adlı yerli tayfa İŞİD-ə qarşı qiyam qaldırdıqda isə buna qarşılıq həmin tayfadan içərisində uşaqlar da olan 700 nəfəri öldürdü."

Google+ WhatsApp ok.ru