İslam aliminin öldürülməsi gəncləri küçələrə çıxardı

Keniyada İslam aliminə qarşı sui-qəsddən sonra müsəlman gənclər küçələrə çıxdı

"Reuters"-in məlumatına görə, noyabrın 7-də Keniyada Həsən Quti adlı müsəlman aliminə avtomobili ilə səyahətə çıxarkən silahlı hücum olub. Sui-qəsddə alim həyat yoldaşı ilə birgə həyatını itirib.

Dünən bu sui-qəsd səbəbiylə müsəlman gənclər etiraz əlaməti olaraq küçələrə çıxıb.  Həsən Qutinin cənazəsinin torpağa tapşırılmasından sonra gənclərlə polis arasında münaqişə yaşanıb. Nəticədə 1 nəfər həyatını itirib.

Gənclər Həsən Qutiyə qarşı edillən sui-qəsddə polisləri günahkar biliblər. Onların fikirlərinə görə, sui-qəsdi həyata keçirənlər Terrorla Mübarizə üzrə Polis Qrupuna bağlı olan  birlikdir. islamazeri /

 

Google+ WhatsApp ok.ru