İki Bəhreyn vətəndaşı üçün edam hökmü

Ali-Xəlifə rejimi Bəhreyndə insan haqlarını pozmasının davamında bu ölkənin iki vətəndaşını "Bəhreyn polis məmurunun qətli"  ittihamı ilə edama məhkum edib.
Maide.az xəbər verir ki, Assoşieyted-Press-in məlumatına görə, Bəhreyn prokuroru Niyaf Yusif bildirib ki, bu ölkənin iki vətəndaşı 2014-cü il bomba partlayışında bir polis məmurunu öldürmək ittihamı ilə edama məhkum edilib.
Bəhreyndə İnsan Haqları Mərkəzi və Hüquq və Demokratiya Mərkəzi bundan öncə müştərək bir bəyanatda Ali-Xəlifə hökuməti başçılarının siyasi fəallara və müxaliflərə qarşı edam cəzasından istifadə etmələri haqqında xəbərdarlıq edərək, müxaliflər arasında qorxu hissi yaratmaq üçün bir vasitə kimi istifadə olunan edam cəzasının ləğvini istəyiblər.
Bəhreyndə İnsan Haqları Mərkəzi və Hüquq və Demokratiya Mərkəzi müttəhimlərin zorakılıq və işgəncə ilə etiraf etmələri nəticəsində verilən edam cəzasını beynəlxalq qanunlar, xüsusən siyasi və vətəndaş hüquqları ilə təzadda biliblər.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırdılmasından indiyədək siyasi islahatlar tələb edən xalqın etirazları səhnəsidir. /

Google+ WhatsApp ok.ru