İki gəncdən orijinal namaz təcrübəsi - VİDEO

Türkiyənin İzmir şəhərinin bəzi bölgələrində məscid çatışmazlığına diqqət çəkmək üçün iki gənc maraqlı bir təcrübə aparırlar.
 
İki gündə izlənmə rekordları qıran sosial təcrübədə gənclərdən biri parkda pencəyini yerə sərir və namaz qılmağa çalışır, digər gənc isə buna mane olub, "nümayiş üçün insanları narahat edirsən" deyərək, ətrafdakılardan da dəstək almağa çalışır.
 
Vətəndaşların reaksiyası isə çox dəqiq:
 
Namaz qılmağa mane olmağa çalışan gənc, parkdakı iki nəfər tərəfindən çox sərt şəkildə xəbərdarlıq alır. İslami məsələlərdə mühüm sosial araşdırmalar aparan Sözlər Köşkü Elm və Mədəniyyət Dərnəyinin hazırladığı təcrübənin ikinci mərhələsində reaksiyalar isə mənalı və sərt. Namaz əleyhinə olan gənc səccadə kimi sərilən pencəyə təpik atır.
Hadisəni kənardan izləyən İzmirli gənclər dərhal dövrəyə girir: "Sənin o hərəkətin birbaşa Allaha qarşıdır. Mən namaz qılarkən etsəydin kəlləni partladardım".

Google+ WhatsApp ok.ru