İki məhkum həbsxanada ölüb

İki məhkum həbsxanada ölüb

Azərbaycanda iki məhkum ölüb.
 
Hadisə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar - 1964-cü il təvəllüdlü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdlü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbilə vəfat ediblər.
 
Qeyd edək ki, Ə. Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyat nəticəsində həbs edilib. O, bir qrup şəxslə əlbir olaraq Ukraynadan Azərbaycana 24 kiloqram narkotik keçirərkən saxlanılıb. Ş. Quliyev isə 2016-cı ildə oğurluq üstündə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb. (apa) /

Google+ WhatsApp ok.ru