İki nazirliyin 30 işçisi işdən çıxarıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı vəzifədən azad edilib. Buna səbəb bu əməkdaşların yaş həddinin keçməsidir. 
 
ANS PRESS-in məlumatına görə, yaş senzinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27, Gənclər və İdman Nazirliyinin isə 3 əməkdaşı işdən azad olunub.
 
Hər iki nazirlik əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl etdiklərini bildiriblər. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər:  /
 
 

Google+ WhatsApp ok.ru