Kılıçdaroğlu yenə Ərdoğan hökumətini tənqid etdi

Türkiyə hökumətinin ana müxalifətinin lideri bu ölkənin hazırkı vəziyyətini Osmanlı hökumətinin dağılması dövrünə bənzədib.
 
Maide.az-ın məlumatına görə, CHP lideri Kamal Kılıçdaroğlu bildirib ki, AKP parçalanmaya və bir neçə dəstəyə bölünməklə üzləşib. 
 
Kılıçdaroğlu Türkiyədəki iqtisadi böhranın yaranması barədə xəbərdarlıq edib və deyib: "Ankara bu ölkənin böyük iqtisadi problemlərini həll etmək üçün düzgün siyasəti seçmək gücünə malik deyil." 
 
CHP lideri bu ölkədə Ədalət və İnkişaf Partiyasının iqtidara gəlməsindən sonra yoxsulluğun artdığını bildirərək deyib ki, hakim partiya ictimai fenomenin genişlənməsi qarşısında cavabdeh olmalıdır.

Google+ WhatsApp ok.ru