Nyu-Yorkda nüvə müzakirələrinin yeni turu davam edir

İran və 5+1 Qrupunun nüvə müzakirələrinin yeni turu İran xarici işlər nazirinin müavini ilə Avropa Birlyinin xarici siyasət məsələləri üzrə koordinatorunun Nyu-Yorkda görüşü ilə başlanıb.
 
Maide.az-ın məlumatına görə, İranın nüvə müzakirə komandasındakı məlumatlı mənbə bildirib ki, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Helqa Şmidtin görüşü cümə axşamı günü baş tutub. 
 
Bildirilir ki, ehtimal üzrə müzakirələr ekspertlər və siyasi direktor səviyyəsində davam edəcək.

Google+ WhatsApp ok.ru