Klinton: Ərəbistan, Kuveyt və Qətər  terrorçulara  dəstəyi dayandırsın

Klinton: Ərəbistan, Kuveyt və Qətər terrorçulara dəstəyi dayandırsın

ABŞ-da keçirilməsi planlaşdırılan prezident seçkilərinə namizəd olan Demokratların namizədi Hilari Klinton Səudiyyə Ərəbistanına, Qətərə və Küveytə radikal qruplaşmalara maliyyə yardımı ilə bağlı çağırış edib.
Hilari Klinton, qeyd edib ki, terrorçu qruplaşmalara edilən maliyyə dəstəyi dərhal dayandırılmalıdır. Bundan əlavə, Hilari Klinton bildirib ki, adları qeyd olunan ölkələr dünya miqyasında radikal qruplaşmalara xidmət edən məktəblər və məscidlərlə əlaqələrini də kəsməlidir.
 
Hilari Klinton 2 gün öncə ABŞ-dakı gecə klubuna edilən hücumları qınayaraq, ölkədə silahın sərbəst satılmasının ləğv olunacağına ümid etdiyini vurğulayıb.(iqna)
 
 

 

Google+ WhatsApp ok.ru