Konqres nümayəndələri ABŞ səfirliyinin  Qüdsə köçürülməsi məsələsini müzakirə edəcək

Konqres nümayəndələri ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsini müzakirə edəcək

Amerikadan Konqres nümayəndələri ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi məsələsinin mümkünlüyünü araşdırmaq məqsədilə Fələstinin işğal olunmuş ərazilərinə səfər edəcək. 
 
Maide.Az "Al-Aləm"ə istinadən xəbər verir ki, Konqres nümayəndələri bazar günü sionist rejim rəsmiləri ilə görüşmək məqsədi ilə Fələstinin işğal olunmuş ərazilərinə səfər edəcək. 
 
Qeyd edək ki, Amerikanın yeni prezidenti Donald Trump seçkilər zamanı bildirmişdi ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəm.  
 
Xatırladaq ki, bundan öncədə ABŞ prezidentləri Bill Klinton və Corc Buş Amerikanın səfirliyinin işğal olunmuş Fələstin torpaqlarına köçürəcəklərinə dair söz vermişdi, lakin sonradan qorxdular ki, bu dəyişiklik bölgədə qarşıdurmaları daha da gücləndirər və ona görə geri addım atdı. 
 
ABŞ və dünyanın digər ölkələri Qüdsü sionist rejimin paytaxtı kimi tanımır və öz səfirliklərini Tel-Əvivdə açıb. 
 
Xatırladaq ki, Amerikan Konqresi 1995-ci ildə “Jerusalem Embassy Act” adlı qanun qəbul edib ki, bu qanuna əsasən işğalçı İsrailin paytaxtı Qüds elan olunub. Qanuna əsasən ABŞ səfirliyi 1999-cu ilədək Qüdsə keçirilməli idi, lakin ABŞ prezidentləri bölgədə qarşıdurmaların daha da gərginləşməsindən qorxduğu üçün hər altı aydan bir həmin qanunu veto edir.

Google+ WhatsApp ok.ru