Koxanəbi sakinləri: “Erməni təxribatı bizi qorxutmur”

Ötən gecə Tovuzun Koxanəbi kəndindədə güclü atışmalar olub. Erməni silahlı bölmələri kəndi aramsız atəşə məruz qoyub. Atəş nəticəsində bir neçə evə ziyan dəyib. Kənd sakinləri ermənilərin təxribatlarına baxmayaraq öz yurd yuvalarını tərk etməyəcəklərini deyirlər. 
 
Kənd sakini Rafiq Əhmədov bildirir ki, bütün evlərə,kənd təsərrüfatına ziyan dəyib: "Bir nəfərin iki inəyini vurdu bu yaxında. Ermənilər kimdir ki, biz onlardan qorxaq.Yenə də bu vəziyyətdə biz öz torpağımızdan qaçmamışıq və heç yerə də gedən deyilik. İri çaplı pulemyotlardan atırlar”.

Google+ WhatsApp ok.ru