Kral Abullahdan İŞİD-ə sərt mesaj

İordaniya Kralı Abdullah, "Pilot Muaz əl-Kəsasibənin qanı hədər olmayacaq. İordaniyanın bu qorxaqca törədilən cinayətə cavabı sərt olacaq", - deyib.
 
Maide.az xəbər verir ki, İordaniya Krallıq Divanından yayımlanan yazılı açıqlamaya görə, Kral Abdulla dünən İŞİD terror təşkilatının saxladığı iordaniyalı pilot Muaz əl-Kəsasibəni yandıraraq öldürməsindən sonra paytaxt Əmmandakı Ordu Baş Komandanlığı qərargahında yüksək rütbəli hərbi rəsmilər ilə görüşüb.
 
Kral etdiyi çıxışında İordaniyanın bu cinayətə cavabının sərt olacağını deyib.
 
Kral Abdullah, "bu terrorçu təşkilat yalnız bizimlə vuruşmur, İslam dini və tolerantlıq dəyərləri ilə də döyüşür. Biz bu müharibəni, inancımızı, dəyərlərimizi, humanitar prinsiplərimizi qorumaq üçün edirik. Bunun üçün müharibəmiz amansız olacaqdır. Cinayətkarlara qarşı əlimiz tətikdə olacaq, onları öz yuvalarında məhv edəcəyik", - deyə danışıb.

Google+ WhatsApp ok.ru