ABŞ-da qadınlar üçün ilk məscid açıldı

ABŞ-da yalnız qadınların ibadət edə biləcəyi ilk məscid Los-Ancelesdə açılıb.  
 
Maide.az xəbər verir ki, məscidin əsasını qoyan Hasna Məznəvi bildirib ki, bu barədə uşaqlıqdan arzu edib.
 
O, bütün həyatı boyu qadınlara ibadət üçün kişilərlə müqayisədə narahat və dar  yerin ayrılmasını ədadlətsizlik hesab edib. Məznəvi öz fikirlərində Qurana istinad edir. Quranda qadınların ayrıca ibadət etməsi barədə heç nə deyilməyib.
 
ABŞ-da ən böyük məscidin, Dirborn şəhərində Amerika İslam Mərkəzinin rəhbəri, imam Həsən Kazvini Hasna Məznəviyə dəstək verib.
 
“Fikrimcə, bu, cəsarətli və mərd addımdır və hesab edirəm ki, bütün müsəlmanlar bu addıma hörmətlə yanaşmalıdırlar”, - o deyib.

Google+ WhatsApp ok.ru