Kürd ana İŞİD-çi oğlundan imtina etdi

Dünən yayımlanan videoda bir peşmərgə öldürərkən görünən İŞİD-çinin Süleymaniyyə Universiteti İslami Elmlər Fakültəsinin 2-ci kurs tələbəsi kürd əsilli Şalav Bəxtiyar olduğu məlum olub.
 
Maide.az "Rudaw"a istinadən xəbər verir ki, İŞİD-çininanası, "Şalav ötən ilin sentyabr ayından bəri görünmürdü. Evdən gedəndə də heç bir şey deməmişdi. Ötən axşama qədər İŞİD-ə qatıldığını da bilmirdik. Ancaq o, artıq mənim oğlum deyil, onu övladlıq rədd edirəm", - deyib.
 
Şalav Bəxtiyar adlı İŞİD-çinin Məhəmməd və Şivan adlı qardaşları peşmərgə cərgələrində könüllü olaraq terrorçulara qarşı vuruşur.
 
İŞİD-çi kürdün bacısı isə qardaşının xəcalətindən məktəbə gedə bilmir və insanların üzünə baxmadığını söyləyir.

Google+ WhatsApp ok.ru