Ənsarullah təkfirçilərə qarşı səfərbərlik elan etdi

Yəməndə Ənsarullah Hərəkatı təkfirçilərə qarşı səfərbərlik elan edib. Maide.az-ın məlumatına görə, "Əl-Aləm" televiziyasına müsahibə verən Ənsarullah Hərəkatı Siyasi Komitə üzvü Məhəmməd Əl-Bbuheyti səfərbərlik elanının məscidlərdə keçirilən və 140 nəfərin ölümü ilə nəticələnən terrorçu hücumlardan sonra elan edildiyini söyləyib.
 
Məhəmməd Əl-Buheyti, "Ənsarullah Hərəkatı lideri Əbdülməlik Husinin də dediyi kimi, ümumi səfərbərlik nə cənuba, nə Taize nə də digər şəhərlərə yönəlib. Bu səfərbərlik yalnız təkfirçilərə, Əl-Qaideye və İŞİD-ə yönəlib. Bunlar Yəmən xalqına qarşı cinayətlər törədirlər və Hadramutla Səna arasında da fərq qoymurlar", - deyib.
 
Terrorçuların heç bir yerdə özlərini etibarda hiss etməməsi lazım olduğunu bildirən Buheyti, "artıq bundan sonra heç kimin filan bölgə "qırmızı xəttdir", oraya müdaxilə edilməməlidir deməməsi lazımdır" söyləyib.

Google+ WhatsApp ok.ru