Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər 26 May 2017 01:00 Dünya Onun 3 il ərzində 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 - 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib. Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər. Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər - futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər. / Teqlər : #Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nəcəf dini-elmiyyə hövzəsi Ayətullah İsa Qasimlə bağlı bəyanat verib İran neft hasilatının həcmini sutkada 5 mln. barelə çatdırmaq niyyətindədir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO