Kütləvi həbslər: Hərbçi və məmurlar tutuldu 06 İyun 2016 01:00 Dünya Qazaxıstanda bir sıra məmurlar və hərbçilər hakimiyyət dəyişikliyinə cəhddə ittiham edilərək, tutulublar. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti yayıb. Həbs edilənlər arasında baş prokurorun keçmiş birinci müavini İlyas Baxtıbayev, Cənubi-Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin keçmiş rəisi general-mayor Kibratqulu Doskalıyev, polis polkovniki Saken Aytbekov, Müdafiə Nazirliyinin iki polkovniki Bekzat Jumin və Kayrat Berlibayev olublar. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi iş adamı Toxtar Tuleşovun hakimiyyət çevrilişə cəhd etdiyini bildirib. Komitə Tuleşovun bir müddət öncə torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas sifarişçisi olduğu barədə açıqlama yayıb. Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər, o cümlədən 3 hərbçi həlak olub, 10 hərbçi yaralanıb. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 4 terrorçu məhv edilib, 2-si yaralanıb, 7 nəfər ələ keçirilib. Az öncə verilən açıqlamada daha 5 terrorçunun zərərsizləşdirildiyi, 2 nəfərin isə ələ keçirildiyi bildirilib. Teqlər : #Kütləvi həbslər: Hərbçi və məmurlar tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fəllucə sakinləri İŞİD-dən xilas olmaq çıxış yolunu çaydan keçməkdə axtarır Çin: `Mübarək Ramazan ayında müsəlmanların dini fəaliyyətlərinə heç bir müdaxilə edilməyəcək`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO