Küveyt 20 ay fasilədən sonra Suriya ilə diplomatik münasibətləri düzəltdi

Küveytdəki Suriya səfirliyini yenidən açmaq üçün Suriyadan diplomatik nümayəndə heyətinin bazar günü Küveytə gedəcəyi bildirilir.
 
Maide.az xəbər verir ki, bu barədə Livanın "Ən-Nəşra" agentliyi yazıb. Məlumata görə, bazar günü 20 ay fasilədən sonra Suriya səfirliyini yenidən açmaq üçün Küveytə gedəcək diplomatik nümayəndə heyətinə Suriyanın keçmiş Küveyt səfiri rəhbərlik edəcək.
 
Küveytə gedəcək Suriya diplomatik heyətinin əvvəlcə binaya Suriya bayrağı asaraq səfirliyin fəaliyyətə başlayacağının qeyd edildiyi xəbərdə, Küveytdə 130 min suriyalının yerləşdiyi və Suriya səfirliyinin bağlı olmasına görə, bu ölkədəki Suriya vətəndaşlarının böyük əziyyət çəkdiyi bildirilir.
 
Müxalifləri dəstəkləyən Ərəb və Qərb ölkələri ilə birlikdə Suriya səfirliyini bağlayan Küveyt Suriya ilə münasibətlərini yenidən normallaşdıran ilk Ərəb ölkəsidir. Bundan əlavə, Tunis və Misirin də Suriya ilə olan diplomatik münasibətlərini yenidən başlaması gözlənilir.

Google+ WhatsApp ok.ru