Terrorçular Türkiyə sərhəddinə doğru qaçırlar

Maide.az "Əl-Aləm"ə istinadən xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələrinin İŞİD terror təşkilatına qarşı Rakkada keçirdiyi əməliyyatlar uğurlu şəkildə davam edir və terrorçuların son günlər Türkiyə sərhədinə doğru qaçması müşahidə olunur.
 
Digər tərəfdən, dünən Deyr əz-Zur bölgəsində yerləşən hava limanına yaxın ərazidə İŞİD terrorçularının kütləvi olduğu bir anda Suriya ordusunun təşkil etdiyi hücumda çoxlu sayda terrorçunun öldüyü məlumatı verilib.
 
Suriyalı bir səlahiyyətli isə son 3 ayda öldürülən İŞİD terrorçularının sayının 3800 olduğun açıqlayıb.

Google+ WhatsApp ok.ru