Küveytdə şiə məscidini partladan bu şəxs imiş - FOTO-VİDEO

Dünən Küveytin əl-Səvabər şəhərində yerləşən İmam Sadiq (ə) məscidində terror aktı törədilməsi və hadisə nəticəsində 24 nəfərin öldüyünü, 200-nün isə yaralandığı barədə məlumat vermişdik. Artıq terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Maide.az xəbər verir ki, bu, 26 yaşlı Səudiyyə vətəndaşı Xalid əl-Şəməridir. Twitter sosial şəbəkəsində yayımlanmış məlumatda bildirilir ki, İŞİD terrorçusu "Əbu Süleyman" ləqəbi ilə tanınırmış. 
Məscidin təhlükəsizlik kamerasından əldə edilmiş görüntülərdən terrorçunun məscidə necə girməsi açıq-aydın görünür.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru