Küveytdə bir qrup İŞİD tərəfdarı həbs olunub

Küveytdə təhlükəsizlik xidmətindən mənbə  İŞİD terrroq qruplaşmasının bir qrup tərəfdarının həbs olunduğunu bildirib.
 Maide.az Qətərin əl-Şərq portalına istinadən xəbər verir ki, Küveytin təhlükəsizlik xidmətindən mənbə bildirib ki, təhlükəsizlik qüvvələri cümə günü paytaxt Küveytdə şiələrin məscidinə terror hücumundan bir neçə saat sonra İŞİD terror qruplaşmasının tərəfdarlarından təxminən 18 nəfəri həbs edib. 
Mənbə  həbs olunanların kimliklərini elan etmədən onların bir müddət öncədən nəzarətdə olduğunu bildirib. 
Məlumata görə, Küveyt təhlükəsizlik qüvvələri cümə günü əl-Cəhra vilayətinin Tima və əl-Səlibiyyə və Mübarək əl-Kəbir vilayətinin əl-Riqqə bölgələrində  əməliyyat keçiriblər. 
Küveyt Səhiyyə Nazirliyinin bildirdiyinə görə, cümə günü paytaxt Küveytin əl-Səvabir məntəqəsində cünə namazı qılındığı zaman İmam Sadiq (ə) məscidinə qarşı terror aktı nəticəsində 27 nəfər həlak olub, 227 nəfər yaralanıb./
 

Google+ WhatsApp ok.ru