Küveytdə ilk dəfə Quran-Kərim xəttatlığı elmi kursları keçiriləcək

Küveytdə ilk dəfə Quran-Kərim xəttatlığı elmi kursları keçiriləcək

Quran-Kərimin kitabət, xəttatlıq və yazlılmasının və "hərəkələr"inin (Ərəb dilində həriflərin üzərində və ya altında qoyulan sait səslərin əlamətləri) qoyulmasının ilk elmi təlim kursları Küveytin "Quran Mənbərləri" dərnəyinin təşəbbüsü ilə keçiriləcək.
 
Küveytin "Quran Mənbərləri" dərnəyinin müdiri Səbah Yəqub deyib ki, təlim kursları bu dərnəyin Quran-Kərimə xidmət üçün səyləri və çalışmaları yönündə atılmış bir addımdır.
 
O əlavə edib ki, təlim kurslarından əsas məqsədimiz İslam ümmətini Quran-Kərimin məna və mətni ilə yaxından tanış etmək, ümmət ilə müqəddəs kitab arasında üns yaratmaq, Quran-Kərimin fəzilətləri ilə insanları tanış etmək, Quran üzərində işləməyin fəziləti, Quranın hifzi, təlimi və öyrənilməsidir.
 
S.Yəqub bildirib ki, Quran-Kərimin yazılmasının təlim kursları Küveytin İslami İşlər və Vəqflər Nazirliyinin Hövla əyalətindəki nümayəndəliyi olan "Məscidlərin İşləri İdarəsi", Şəriət İnstitutu və Küveytin İslami Araşdırmalar Universitetinin həmkarlığı ilə keçiriləcək.
 
Quran-Kərimin kitabəti və "eerab"larının (hərəkə və səs əlamətləri) qoyulmasının hər sözün həriflərin sayı və növünə əsasən özüməxsus üsul və qaydaları vardır ki, bu təlim kurslarında iştirakçılara öyrədiləcək.
 
S.Yəqub  bildirib ki, Quran-Kərimin kitabəti təlim kurslarında məscidlərin camaat imamları, müəzzinlər, oğlan və qız tələbələr, dini araşdırmaçılar və Quran-Kərimin kitabəti sahəsində fəaliyyət göstərmək istəyən şəxslər qatılacaq. 
 
Qeyd edək ki, Quran-Kərimin kitabəti və hərəkələrini qoyulması təlim kursları 13.04.2017-ci ildən 09.05.2017-ci ilədək tarixdə Küveytin Hövla əyalətinin Məscidlərin İşi İdarəsinin "ət-təmiz" toplanış salonunda keçiriləcək. (iqna)

Google+ WhatsApp ok.ru