Suriya beynəlxalq təşkilatları Şayrat aviabazasına dəvət etdi

Suriya beynəlxalq təşkilatları Şayrat aviabazasına dəvət etdi

Suriya hökuməti Qərb ölkələrinin Şayrat aviabazasında zarin və ya digər kimyəvi qazların saxlanılması ilə bağlı iddialarına görə Kimyəvi Silahların Qadağası Təşkilatını (KSQT) ölkəsinə dəvət edib. FaktXəbər-in məlumatına görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri Birləşmiş Millətlər Təşkilatının toplantısında bildirib:
 
"Rəsmi Dəməşq KSQT-nin baş katibi Əhməd Uzumcuya məktub göndərərək, Han-Şeyhun və Şayrat aviabazasında nələr baş verdiyini araşdırmaq üçün mütəxəssislərdən ibarət missiyanın göndərilməsini istəyib. Suriya missiyanın Şayrat aviabazasına buraxılmasına hazırdır. Qoy gəlib araşdırsanlar görək, orada zarin qazı saxlanılıbmı."
 
Diplomat əlavə edib ki, Han-Şeyhuna beynəlxalq missiyanın gəlməsi üçün oranı nəzarətdə saxlayan Cəbhət ən-Nusra və digər tettor təşkilatlarından, həmçinin onları müdafiə edən dövlətlərdən təhlükəsizliklə bağlı təminat almalıdır. /

Google+ WhatsApp ok.ru