Kızıldağ təpəsi Suriya ordusunun nəzarətinə keçdi

Maide.az xəbər verir ki, Suriyanın Bayırbucak bölgəsində davam edən münaqişələrdə Kızıldağ təpəsi yenidən Suriya ordusunun nəzarətinə keçib.
 
Məlumata görə, Suriya ordusu Rusiyanın hava dəstəyi ilə Türkməndağı bölgəsinə qarşı davam etdirdiyi hücumlar fasiləsiz davam edir. İki gün əvvəlki münaqişələrdə türkmənlərin əlinə keçən strateji əhəmiyyətə malik Kızıldağ təpəsi dünən səhər saatlarından etibarən bombardmana tutulub.
 
Təpə intensiv hücumlara tutan Suriya ordusu qurudan zirehli vasitələrlə irəliləyib. Gecə saatlarına qədər davam edən qarşıdurmalar nəticəsində Kızıldağ ordu qüvvələrinin əlinə keçib.

Google+ WhatsApp ok.ru