Lənkəranda ağır yol qəzası: 4 nəfər ölüb, 5 nəfər yaralanıb 10 Sentyabr 2016 01:00 Hadisə Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Maide.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub. Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Lənkəranda ağır yol qəzası: 4 nəfər ölüb,#5 nəfər yaralanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həbsdə doğduğu uşaq yoxa çıxdı - Azərbaycanın yeni “Lamiyə”si- YENİLƏNİB Bakıda dəhşətli qəza anı – VİDEO