Laricani: Fələstin İslam ölkələri üçün sınaq meydanıdır

İran İslam Şurası Məclisinin sədri Sionist rejimin Qəzzəyə qarşı hücumunu pisləyərək bildirib ki, Fələstin İslam ölkələri arasında inteqrasiya üçün sınaq meydanıdır.

Maide.az-ın İRNA  agentliyinə istinadən məlumatına əsasən,  İran Parlamentinin spikeri Əli Laricani ötən axşam İslam ölkələri səfiriləri ilə görüşündə çıxış zamanı bildirib ki, İslam ölkələri  dəyərsiz və kiçik ixtilafları unudub kənara qoymalıdırlar və Fələstin məsələsi başda olmaqla islam dünyasının varlığını hədələyən  məsələrlər və nigarançılıqları ortadan qaldırmaqla məşğul olmalıdırlar.

Laricani Fələstin məsələsinin İslam ölkələri arasında birlik və inteqrasiya amili ola biləcəyini vurğulayıb və bildirb ki, bu gün İran Fəlsətin xalqının mövqeyini və müsəlmanlar arasında həmrəyliyi dəstəkləyir və biz var gücümüzlə hər yolla olursa olsun Fələstin xalqının kənarında olub ona yardımı özümüz üçün  borc  hesab edirik.

Laricani Sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə toxunub, bu cinayətlərin arxasında Sionist rejimlə əməkdaşlıq edən supergüc ölkələrin olduğunu bildirərək deyib: Təəssüflər olsun ki, bəzi region ölkələri də sükuta qapılmaqla Siosnit rejimini  kobud  və insanlığa zidd bu hərəkətlərini davam etdirməsində dəstəkləyirlər.

Laricani həmçinin İŞİD terrorçu qrupu tərəfindən İraq və regionda törədilən kobud və vəhşicəsinə hərəkətləri tənqid edib və bildirib ki, bu rəftarlar İslamın uca və möhtəşəm mədəniyyətini məhv etmək niyyəti ilə həyata keçirilən böyük intriqalardan sayılır.

Google+ WhatsApp ok.ru