Netanyahu tənqidə dözə bilmədi

Və müdafiə nazirinin köməkçisini qovdu

İsrail rejiminin baş naziri Binyamin Netanyahu müdafiə nazirinin köməkçisi Danny Danonu onu tənqid etdiyi üçün vəzifəsindən çıxarıb.

Maide.az-ın məlumatına görə, rejimin Baş Nazirliyinin Mətbuat Bürosundan verilən açıqlamada Netanyahunun qərarıyla əlaqədar bunlar deyilir: "İsrail hökuməti və ordusunun qərarlı addımlar atdığı bir vaxtda, hərbi əməliyyatın ortasında ölkənin liderinə qarşı verilən açıqlama məsuliyyətsizlikdir."

Qeyd edək ki, Danny Danon media orqanlarına açıqlamasında, "Yaxşı və pis işlərin məsuliyyəti baş nazirin boynundadır. Əgər əməliyyatın nəticəsi mənfi olsa bu müvəffəqiyyətsizliyin günahkarı baş nazirdir", demişdi.

Google+ WhatsApp ok.ru