Lavrov və Trampın Suriya haqda danışıqlarının nəticələri

Lavrov və Trampın Suriya haqda danışıqlarının nəticələri

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən Vaşinqtona etdiyi səfər çərçivəsində ABŞ dövlət katibi Reks Trillerson ilə danışıqlar aparıb və prezident Donald Trampla görüş keçirib.
 
Sergey Lavrov səfərin yekunları üzrə keçirdiyi mətbuat konfransında bildirib ki, Moskva və Vaşinqton bütün çətinliklərə baxmayaraq Suriya da daxil olmaqla beynəlxalq problemlərin həllinə birlikdə kömək "edə bilər və etməlidir".
 
Lavrov və Trillerson görüş zamanı Suriya münaqişəsi və onun həllini, həmçinin Suriyada gərginliyin aradan qaldırılması zonalarının yaradılması və fəaliyyət göstərməsini "ətraflı" müzakirə edib. Lavrovun sözlərinə görə, Moskva və Vaşinqton bunun (gərginliyin aradan qaldırılması zonalarının) bütün Suriya ərazisində zorakılığın aradan qaldırılmasına addım olmalı olmasında və Suriyanın siyasi nizamlanmasında irəliləyişə kömək etməli olmasında razıdırlar.
 
Tərəflər arasındakı danışıqlar Ağ Evdə və Dövlət Departamentində ümumilikdə iki saatdan çox davam edib.
 
"ABŞ-ın müşahidəçi qismində iştirak etdikləri Astananın formatı çərçivəsində birgə işləməyə davam edəcəyimizdə razılaşdıq. Biz ABŞ-ın son görüşdə verdiyi konstruktiv töhfəni qiymətləndirdik. Cenevrə prosesi çərçivəsində əməkdaşlıq edəcəyik. Ümid edirik ki, Suriya hökuməti və bütün müxalifət qrupları konstruktiv fəaliyyət göstərəcək", - Lavrov əlavə edib.
 
Министр иностранных дел России Сергей Лавров во время пресс-конференции в посольстве РФ в Вашингтоне. 10 мая 2017
 
XİN başçısı Suriyada yaradılmış təhlükəsizlik zonalarının fəaliyyəti barədə "ABŞ-ın edəcəyi istənilən töhfəni" Rusiyanın salamlayacağını qeyd edib.
 
"İdeya əvvəldən ABŞ - prezident Tramp və dövlət katibi tərəfindən deyilirdi. Biz Astana formatından onu necəsə də praktiki baxımdan irəlilətmək üçün istifadə etdik və ABŞ-ın verdiyi istənilən töhfəni salamlayacağıq. Bu barədə "yer üzündə" vəziyyətdən peşəkarcasına "yerdə" peşəkarcasına məşğul olanlar danışmalıdırlar, o kəslər ki, vəziyyətə sahibdirlər", Lavrov bildirib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru