Lavrov Yerevana gedir

Rusiya XİN rəhbəri Sergey Lavrov noyabrın 9-da Yerevana işgüzar səfərə gələcək. Səfər Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın dəvəti ilə baş tutacaq.
 
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Lavrovu qəbul edəcək.
 
Ermənistan və RF XİN rəhbərlərinin danışıqlarının yekunlarına görə mətbuat konfransı keçiriləcək.
 
Danışıqların mövzusu və gündəlik barədə məlumat verilmir. Amma yerli müşahidəçilər əmindirlər ki, diqqət mərkəzində olan məsələlərdən biri Qarabağ tənzimlənməsi olacaq.
 
Yerevanda Bakının bu münaqişənin həllində Rusiyanın roluna əhəmiyyət verməsi və Qərbi tənqid etməsi ilə bağlı narahatçılığı gizlətmirlər. Azərbaycan rəsmilərinin “işğal edilmiş ərazilərin tezliklə azad ediləcəyi” haqqında bəyanatları, habelə Moskvanın bu hərbi çağırışlarla bağlı susması da Ermənistanı açıq-aşkar əsəbiləşdirir /

Google+ WhatsApp ok.ru