Rusiya təyyarəsində terror izləri görünməyə başlayıb

Maide.az xəbər verir ki, Misir səmasında qəzaya uğrayan Rusiya təyyarəsinin "qara qutusu" mühərrikin nasazlığı ilə əlaqəsi olmayan partlayış qeydə alıb. Bu barədə qəzanı araşdıran müstəntiqlər bildiriblər.
 
“Təyyarənin “qara qutusu”ndakı yazı uçuş zamanı partlayışın baş verdiyini müəyyən etməyə imkan verir”, deyə onlar vurğulayıblar.  
 
Müstəntiqlərin sözlərinə görə, partlayış mühərrikin nasazlığından baş verməyib.
 
Qeyd edək ki, Rusiya hakimiyyəti bu arada Misirə uçuşlara qadağa qoyub. Bəzi məlumatlara görə, qərara səbəb yeni məlumatların əldə edilməsi olub.   
 
Xatırladaq ki, Rusiyaya məxsus  “Airbus A321” təyyarəsinin  qəzaya uğraması nəticəsində 224 nəfər ölüb. 

Google+ WhatsApp ok.ru