Öldürülən jurnalistin son köşə yazısı: azad mətbuatın olmamasından gileylənib

Öldürülən jurnalistin son köşə yazısı: azad mətbuatın olmamasından gileylənib

Camalın yenidən aramıza qayıdacağını və yazını birlikdə redaktə edəcəyimizi düşünərək yazını bu vaxta qədər yayımlamadıq. Mən bunu qəbul etməliyəm ki, o, artıq bizimlə deyil və bu, onun redaktə edəcəyim son məqaləsidir.
 
Milli.Az New York Times-a istinadla xəbər verir ki, bu sözlər öldürülən jurnalist Camal Haşoqqinin ( Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) sonuncu məqaləsinə ön söz kimi yazılıb.
 
Oktyabr ayının 2-dən bəri yoxa çıxan səudiyyəli jurnalist Camal Haşoqqinin ötən gün "The Washington Post"da son köşə yazısı yayımlanıb.
 
Qəzetin köşə yazarı son məqaləsində ərəb ölkələrində azad mətbuatın olmamasından gileylənib. O, 700 sözdən ibarət yazısında ərəb ölkələrini Yaxın Şərq yazarlarının və müxbirlərinin səslərinin bütün dünyada duyulması üçün birləşməyə çağırıb.
 
"The Washington Post"un redaktoru Karen Attiah ötən gün axşam saatlarında yayımlanan məqalədə ön söz olaraq bildirib ki, yazını Haşoqqinin İstanbulda itkin düşməsindən bir gün sonra onun tərcüməçisi və asistanından alıb.
 
Məqalə "Ərəb dünyasının ən çox ehtiyacı olan şey fikrin azad ifadə olunmasıdır" adlanır. Haşoqqi son yazısında bildirib ki, ərəb ölkələrində yaşayan xalqlar yalnış məlumatlandırılır və ya məlumatlandırılmır, əhali kütləşdirilir. O, yazısında azad mətbuatın olmamasına görə hakimiyyəti günahlandırıb.
 
Haşoqqi yazır: "Son günlər "Freedom House"da yayımlanan "2018-ci ildə azadlıq" məqaləsini nəzərdən keçirirdim. Siyahıda cəmi bir ərəb ölkəsi "azad" olaraq dəyərləndirilmişdi. O da Tunis idi. Mərakeş, Küveyt, İordaniya ondan sonra gəlirdi. Qalan ölkələr isə "azad olmayan" kimi qiymətləndirilmişdi. Nəticə olaraq bu ölkədə yayaşan insanlar ölkədə baş verən hadisələr bağlı ya məlumatlandırılmırlar və ya yanlış bilgiləndirilirlər".
 
Qeyd edək ki, Türkiyə ABŞ-a Camal Haşoqqinin İstanbul konsulluğunda işgəncə ilə öldürülməsi ilə bağlı sübutlar təqdim edib. Səudiyyəli rəsmilər onun zərər görməsi barədə məlumatı təkzib etsələr də, sübut edə və ya tutarlı dəlil göstərər bilmirlər.
 
Ötən gün onun ölümündə şübhəli bilinən Salah əl-Tubaqi saxlanılıb. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir. Salah qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.

Google+ WhatsApp ok.ru