Lerik rayonunda 2 gündür işıq yoxdur - FOTO

Havaların kəskin soyuması və qarın yağması Lerik rayon sakinləri üçün yenidən problem yaradıb. Rayonun bütün kəndlərinə iki gündür ki, elektrik enerjisinin verilişi dayandırılıb. Rayon mərkəzində isə işıq ötən gün kəsilib.  Lerik Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, kəndlərdə və rayon mərkəzində elektrik enerjisi təssərrüfatında yaranan problemlərin aradan qaldırılması istiqamətində briqadalar işləyir: "Gecə vaxtlarında şaxta olduğundan sular donub, yollar buz bağlayıb. Rayonun ucqar dağ kəndlərindən rayon mərkəzinə gediş-gəlişdə problemlər olsa da, nəqliyyatın hərəkəti tam kəsilməyib. Rayon mərkəzinə və kəndlərə mavi yanacağın verilməsində problem yaranmayıb".
Hazırda rayon mərkəzində qarın qalınlığı 15-20, dağlıq ərazilərdə isə 40-50 santimetrdir. 
Cənub bölgəsində ən çox qar Yardımlı rayonuna yağıb. Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Azər Xamıyev "Report"a açıqlamasında rayon ərazisində hər hansı problemin olmadığını bildirib: "Rayonun mərkəzində qarın hündürlüyü 40-50, kəndlərdə isə 60-70 santimetrə qədərdir. Bütün kəndlərlə əlaqə var, yollar qardan təmizlənib. Kəndlərə və rayon mərkəzinə elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem yoxdur". 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru