Livanda Ümumdünya Qüds günü

Ümumdünya Qüds günü yüzdən çox fələstinli və livanlının iştirakı ilə Livan paytaxtının Cənubi Zaxiyyə məntəqəsində keçirilib.
 
Maide.az xəbər verir ki, Ümumdünya Qüds günü ərəfəsində keçirilən bu iclasda Hizbullahın baş katib müavini Şeyx Nəim Qasim, Həmasın siyasi bürosunun sədr əvəzi Musa Əbu Mərzuq, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Cəbrəil və Livanın sünni əhlinin tanınmış din xadimlərindən olan Şeyx Mahir Həmud çıxış ediblər.
 
Yığıncaqda qeyd olunub ki, regionda baş verənlər, xüsusən terrorçu-təkfirçi İŞİD qrupu kimi təkfirçi fenomenin meydana gəlməsi kompasın əqrəbini ərəb və müsəlman xalqların real düşmənindən, yəni sionist rejimdən uzaqlaşdırmaq və ərəb və İslam ümmətinin güc ünsürlərini məhv etmək üzrə bu rejim və Qərb müstəmləkəçiliyinin məhsuludur.
 
İştirakçılar ərəb və İslam ümmətindən, xüsusən onların elitalarından istəyiblər ki, hazırkı təhlükəli etapla bağlı sayıq olaraq, təkfirçi qruplar tərəfindən İslam dininin elmi və nəzəri təhrifi ilə üzləşmə, əsl Muhəmməd (s) İslamını tanıtdırma və sıraların birliyi üçün səy və həmkarlıq etsinlər.

Google+ WhatsApp ok.ru